Страница с песней Pranga - 30 скачать, которую можно в хорошем качестве бесплатно без регистрации. Слушать музыку 30 онлайн на нашем сайте или ознакомится с другими похожими популярными песнями.

Текст песни 30

Только у любимой могут быть такие;
Необыкновенные глаза!
Только у любимой могут быть такие;
Необыкновенные глаза!
Yadımdasan dünən kimi;
Ağ qara "ramka"-lardan, kənddəki bağ evindən;
Polaroid şəkillərdən, uşaqlıq albomumdan;
Işıqlı "pasyolka"-dan, köhnə qatar yolundan;
Yadımdasan, 2000-lərin əvvəlindən;
Yadımda o qədər adam var ki, basdırmışam ən dərində;
Indi baxırsan və gözlərində qayğı tanışdı;
Onda hələ də sənlə məni yollar ayırmamışdı;
Tam 17 yaşım vardı, içimdə dünya döyüş;
Çıxdım evimdən o gün, çəmədan özümdən böyük;
Dünya böyük, mən isə hələ çox balacaydım;
Elə bilirdim hamı gedəcək amma sən qalacaqdın;
Sonra dəyişdi dünya, səni yadlara verdi həyat;
Görməli olduğum nə varsa hamısını göstərdi həyat;
Ani getdi məndən hamı, səs küy olmadı;
Güvəndiyim o dağların başından qar əskik olmadı;
Vurulduğun həmin adam dəyişib indi, üzü yara;
Bakı öldürür yaxşıları, ondan gəlmirəm oralara;
Kar ölülər keçir indi sol, sağımızdan;
Bu gün düz 15 il keçir sənlə vidalaşmağımızdan;
Böyüyüb indi uşaqlar, pasportlar, möhürlər;
Cavanlığımı arxasınca dartır illər ömürdən;
Dostlarımın yarısı Şəhid, soyuyub indi məzar daşı;
Qəlpələrdə gedən ayağı gətirməz bu qazi maaşı;
Həyat mesaj səslərində unutdurur təkliyi;
Hamı kimisə öldürür, öldürdükcə bərkiyir;
Filizlənir dilimin altında zəhrimar;
Üstümdə isə ölü torpağı, üzümdə isə 30 yaşın zəhmi var!
Только у любимой могут быть такие;
Необыкновенные глаза!

Комментарии

Помоги ресурсу - оставь свой отзыв о песне.
Кликните на изображение чтобы обновить код, если он неразборчив
Комментариев еще нет. Вы можете стать первым!